• 24 Noyabr 2024 19:10

10 il əvvəl bir işçimiz var idi, ona bu çayı içməyi məsləhət gördüm – Fitoterapevt

Söhbət hansı möcüzəvi bitkinin çayından gedir?

10-il-evvel-bir-iscimiz-var-idi-ona-bu-cayi-icmeyi-meslehet-gordum

 

“Biyan bitkisi həqiqətən də bizim nemətimizdir, şəfasını saymaqla bitməyən bir nemətdir. Müalicə məqsədilə biyanın köklərindən istifadə olunur”.

Tacxeber.com bildirir ki, bu bilgiləri həkim-fitoterapevt Fizuli Hüseynov feysbuk səhifəsində paylaşıb. O hətta bir nümunə də çəkib.

“Yadımdadır, hardasa 10 il əvvəl bir işçimiz var idi, arıq, zəif və hər gün öskürürdü. Ona biyan dəmləyib içməyi məsləhət gördüm. Adam gözümüzün qabağında gündən-günə gəlişdi, xəstəlik və halsızlıqdan heç bir əsər-əlamət qalmadı.

Biyan köklərində təbii saponinlər vardır. Saponinlər hormonal təsir göstərərək insanın halını anındaca dəyişir, əhval-ruhiyyəni dəyişir halsızlığı götürür, insana gümrahlıq gətirir. Biyan köklərində daha bir qiymətli maddə qliçirizin vardır. Qliçirizin öskürək əleyhinə əvəzolunmaz bir maddədir. Biyan çayı sinəni yumşaldır, bəlğəmi təmizləyir, səs tutulmasında, bronxitdə, göy öskürəkdə, astmada, səs tutulmasında (inaqolmada) əla nəticə verir. Biyan kökü dəmləməsi hətta ağız yaralarında, anginalarda və faringitdə də çox yaxşı nəticə verir.

Biyan kökü dəmləməsi mədə qıcqırmalarına da yaxşı təsir göstərir. Biyan çayının 1 stəkan ac qarına içilməsi qıcqırmanı dayandırır, mədə və bağırsaq yaralarında (qastrit, kolit) faydalıdır.

İki xörək qaşığı biyan kökünü 1 stəkan suda 10 dəqiqə qaynadın, 20 dəqiqə dəmləyin. Qatı gel halında olacaqdır. Bu geldən ekzema və psoriaz (dəmrov) olan hissələrə gündə 2 dəfə vurun. Çox yaxşı təsirini görəcəksiniz. Ümumiyyətlə, biyan çayı sağalmaz dəri yaraları üçün faydalıdır. Biyan çayı böyrəkləri duz və qumlardan təmizləyir, böyrəküstü vəzidən qaynaqlanan yüksək qan təzyiqində çox faydalıdır. Biyan çayı qaraciyər və dalaq üçün də faydalıdır. Biyan çayının faydası çox olsa da bu bitkini 20 gün içəndən sonra yaxşı olar 10-15 gün ara verib, sonra yenə içəsiniz. Biyan kökü gündə 3 dəfə 1 çay qaşığı 1 stəkan suda 5 dəqiqə zəif odda qaynadılır, 10 dəqiqə dəmlənilir, yeməkdən 30 dəqiqə əvvəl içilir. Biyan çayı çox şirin olduğundan suyun miqdarını 2 stəkan da edə bilərsiniz. Məsələn; 1 çay qaşığı 2 stəkan suda dəmlənərək içilə bilər. Biyan çayına nanə yarpağı və ya limon da sıxıb içmək olar”.

Tacxeber.com

Oxşar xəbərlər