• 24 Noyabr 2024 02:23

Kakaonun qiymətində tarixi rekord – Şokolad bahalaşacaq

 

Birjada bahalaşan qidalardan biri də kakao olub.

Tacxeber.com xəbər verir ki, dünyada kakao istehsalında defisit fonunda qiymət tarixi rekorda çatıb.

17 yanvarda London birjasında kakaonun tonu 4728 dollara qalxıb.

Nyu-York birjasında isə kakao 4429 dollardan satılır.
Hazırda kakao əvvəlki illərdəki kimi çox hasil olunmur, daşınma və çatdırılmada problemlər var.
Kakao defisitinin üçüncü rübə qədər davam edəcəyi gözlənilir.

İqtisadçıları narahat edən məqam bahalaşmanın şokolad istehsalı və satışına təsirinin olacağı ilə bağlıdır.
Kakao istehsalının 60%-i Qana və Fildişi Sahilinin payına düşür. Digər iri tədarükçülər İndoneziya, Braziliya və Nigeriyadır.

Bu ölkələrdə davamlı yağışlar və yayılan xəstəliklər məhsuldarlığı kəskin azaldıb.
İstehsalçılar kakao ehtiyatlarının da azaldığını bildirib.

Artıq İsveçrənin məşhur şokolad şirkətləri 2023-cü ilə nisbətən xammalın 10% bahalaşdığını açıqlayıb.

Bu kakao tərkibli bütün ərzaqların, şokoladın qiymətinin artacağını qaçılmaz edir.

Tacxeber.com

Oxşar xəbərlər