• 24 Noyabr 2024 10:57

ABŞ-dan İsrailə cavab: Bu dövlət qurulmalıdır

İsrailin bölgədəki daimi təhlükəsizlik problemini həll etmək və Qəzzanın qısa müddətə bərpası üçün Fələstin dövlətinin qurulmasından başqa yol yoxdur.

 

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller mətbuat konfransında çıxışı zamanı deyib.

 

“İsrailin hazırda belə bir imkanı var, çünki region ölkələri İsrailin təhlükəsizliyinə zəmanət verməyə hazırdır”, – o əlavə edib.

 

Qeyd edək ki, İsrail Baş naziri Benyamin Netanyahu ötən gün verdiyi açıqlamada Fələstin dövlətinin yaradılmasının mümkün olmadığını bildirmişdi. (Axar)

 

Tacxeber.com

Oxşar xəbərlər