“Koroğlu”n oxuyan görəcək ki, gözəllik ondur, doqquzu qaçmaq. İnsanlar bu “Koroğlu”dan nə götürəcəklər? “İnsanları maarifləndirmək” deyəndə onlara ötürməyə nəyin var, onu deməlisən. Mənə qalsa, Azərbaycan folklorundan bütün atalar sözlərini də yığışdıraram. Hamısı boş-boş şeylərdir”.
Tacxeber.com pravda.az-a istinadla xəbər verib ki, bu sözləri tanınmış yazıçı-jurnalist Anar Vəziroğlu “MTV”nin efirində deyib.
“Dərədə yatmış idim, top atdılar, oyanmadım…” Bunu təpənin üstünə qoyublar ki, kəndləri qoru, bu da gedib yatıb. Bundan nə götürmək olar?
Xalq mahnısına baxın, “qarşıdan iki bacı gəlir, biri gözümün işığı, biri başımın tacı…” İnsanlara nəsə ötürəndə yaxşı şeylər ötürmək lazımdır.
Mənim kimi ata arxaik bir adamdırsa, beynimdə müasirlik yoxdursa, uşağıma nə öyrədəcəyəm? Heç nə!