• 24 Noyabr 2024 11:55

Cavanşir Məmmədov: Paltarını, corabını iyləyirəm

 

Əməkdar artist Cavanşir Məmmədov ATV-nin “Rəngarəng səhər” verilişində anasından danışarkən göz yaşlarını saxlaya bilməyib.

Tacxeber.com azxeber.com-a istinadla xəbər verir ki, 82 yaşında itirdiyi anasından danışan əməkdar artist, həyat hekayəsinin bəzi bilinməyən məqamlarından danışıb:

“Anam 32 yaşında ikən atam avtoqəzada vəfat edib. Bir ana, bir bala olmuşuq. 82 yaşında vəfat etdi. Bir gün dedim, ana, niyə ailə qurmamısan, ömrünü mənə həsr etmisən? Dedi, sən başqasına “ata” deməyəsən deyə. O gündən aramızda o söhbət bağlandı. Həmişə arvadımla anam yolumu gözləyərdi, anamın öz otağı vardı. İndi otağa girirəm, baxıram, çaşıram, elə bilirəm ordadır. İstəyirəm açım qapını deyim, necəsən? Amma yoxdur…”

Cavanşir Məmmədov bəzi valideynləri də qınayıb:

“İndiki anaları başa düşə bilmirəm. Ana övladını, övladlar ananı necə ata bilir?! Hələ də anamın paltarlarını saxlamışam, arada iyləyirəm, qoxusunu alıram. Ayaqqabısını, corabını. Mənə pul vermişdi 50 manat və 1 manat. Bir gün pulum olmasa, dilənsəm də, əsla o pulu xərcləmərəm”.

Tacxeber.com

Oxşar xəbərlər