• 23 Noyabr 2024 04:40

Duginin qızını Ukrayna kəşfiyyatı öldürüb – Federal Təhlükəsizlik Xidməti

Rusiya Federal Təhlükəsizlik Xidməti Darya Duginanın qətlinin üstünü açıb.

Bu haqda Rusiya FSB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat paylaşıb.

“Aparılan araşdırmalar nəticəsində cinayətin Ukrayna xüsusi xidmət orqanları (SBU) tərəfindən hazırlanaraq həyata keçirildiyi məlum olub. Qətli Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Natalya Vovk törədib.

Xatırkadaq  ki, o, iyulun 23-ü 12 yaşlı qızı ilə birlikdə Rusiyaya gəlib və Duginanın yaşadığı binada mənzil kirayələyib. Natalya Vovk burada Dugina haqqında məlumat toplamağa başlayıb. O, qətli törətmək üçün Mini Kuper markalı avtomobildən istifadə edib. Qətli törətdikdən sonra isə Natalya Vovk qızı ilə Pskov vilayətinin ərazisindən Estoniyaya keçib”, – deyə məlumatda qeyd olunur.

Tacxeber.az

 

Oxşar xəbərlər