• 25 Noyabr 2024 03:33

Borreldən ŞOK İTTİHAM – HƏMAS-ı İsrail yaradıb, özü də maliyyələşdirir

Avropa İttifaqının diplomatiya üzrə rəhbəri Josep Borrel İsraili “Fələstin Muxtariyyəti Fəthi zəiflətmək” üçün Fələstinin HƏMAS qrupunu maliyyələşdirməkdə ittiham edib.

 

Bu barədə Euronews xəbər verir. İspaniyanın Valyadolid Universitetində çıxışı zamanı Borrel həmçinin İsrailin baş naziri Benyamin Netanyahunu onilliklər boyu davam edən İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində istənilən cəhdin qarşısını almaqda günahlandırıb.

 

Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, iki dövlət həlli “kənardan tətbiq edilməlidir”.

 

“Amma mən israr edirəm ki, İsrail bu qərarı rədd etməyə davam edərək, HƏMAS-ı yarada biləcək qədər irəli gedib. Bəli, HƏMAS FƏTH-in rəhbərlik etdiyi Fələstin Muxtariyyətini zəiflətmək məqsədilə İsrail hökuməti tərəfindən maliyyələşdirilir”, – o əlavə edib.

 

Blokun baş diplomatı bu ayın əvvəlində Livana səfəri zamanı deyib ki, Fələstin dövlətinin yaradılması “İsrail və Fələstinə sülh və təhlükəsizlik gətirə biləcək yeganə etibarlı həll yoludur”.

 

“Biz qətiyyətlə müdaxilə etmədikcə, bu gün Qəzzada səpilən nifrət toxumları kök saldıqca, nifrət və zorakılıq spiralı nəsildən-nəslə, dəfn mərasimindən dəfnə qədər davam edəcək”, – Borrel bildirib.

 

Borrelin rəhbərlik etdiyi blokun diplomatik qolu olan Avropa Xarici Fəaliyyət Xidməti (EEAS) ABŞ və Böyük Britaniyanın rəhbərliyini izləməyi və İordan çayının qərb sahilində zorakılıqlara görə məsul olan məskunlaşanlara qarşı sanksiyalar tətbiq etməyi düşünür.

 

Bununla belə, diplomatik mənbələr bildirirlər ki, xarici işlər nazirlərinin məskunlaşanlara qarşı planlaşdırılan sanksiyaları təsdiqləməsi ehtimalı azdır. (Publika)

 

Tacxeber.com

Oxşar xəbərlər