• 25 Noyabr 2024 19:32

Uşağınıza bunları etməyin, ağılsız olacaqlar – Pediatr

 

Böyüklər, eləcə də uşaqla fiziki, ruhi və zehni olmaqla üç səviyyədə sağlamlığa sahib olmalıyıq.

Tacxeber.com xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə deyib. O bildirib ki, birindəki nasazlıq digərinə də mütləq şəkildə təsir edir.

“İlk növbədə uşaqların sağlam qidalandırın. Uşağınıza mənşəyi bilinməyən zir-zibillər, “fastfood”lar almaqla kimlərinsə cibinə pul, uşağınızın bədəninə isə xəstəlik yığırsınız.
İkinci olaraq uşaqların peyvəndi vaxtlı-vaxtında olunmalıdır. Bunu geniş şərh etməyə ehtiyac yoxdur. Qızılca ilə mübarizə aparan uşaqları görmək kifayətdir.
Bağlı əyləncə mərkəzlərini açıq havada gəzinti, parklarla əvəz edin. Bol oksigen inkişaf edən uşaq orqanizmi üçün çox-çox vacibdir.
Evinizin, qabların, paltarların təmizliyi üçün cürbəcür kimyəvi məhsullar istifadə etməyin.

Uşaqların da, özünüzün də suyunuzu yodlaşdırın. Ölkəmizdə yod çatmır. Duzun yodlaşdırılmasına arxayın olmayın”.

Pediatrın uşaqları hərəkətsiz olmaqdan çəkindirməyi tövsiyə edib:

“Daha doğrusu, hərəkəti unutdurmayın. Xüsusi idman növünə gərək yoxdur. Uşağı “xadunoka”qoymaqdan tutmuş, məktəbə maşınla apar-gətir, sonra da qarşısında kitablar, əlində də telefon.. Hərəkətsizlik xəstəliklər üçün münbit şəraitdir. Zooparkda yatan heyvanlarla təbiətdəkiləri müqayisə edin!

Uşağınızın zehnini vaxtından əvvəl dərs yükü ilə yormayın. Onun ətraf mühiti kəşf etmə dövründə dərs məlumatları çox mənasız və cansıxıcı görünür. Sizə öz işiniz varkən başqa maraqsız gələn və səriştəniz olmayan işi versələr necə olar? Adam depressiyaya düşər, ən azından aqressiv olar. Yəni zehnimiz ruhumuza təsir edir”.

Mütəxəssis uşaqlara ağıllı telefonlar verərək onları “ağılsız etməməyi” məsləhət görüb:

“Sosial şəbəkələrdəki düşük və görməmiş insanlar uşaqlarımızın tərbiyəçisi olmasın. Necə ki uşağınızı hər adama  etibar etməzsiniz, eləcə də onları bu təhlükə ilə üz-üzə qoymayın.
Uşaqlarınızın ruhi sağlamlığı onların gördüklərindən, eşitdiklərindən birbaşa asılıdır. Sosial şəbəklərdəki xəbərlərin yanında ailəiçi münaqişələr ikinci plana keçə bilir. Hər neqativ məlumat öz zədəsini qoyur, şüuraltı zibillənir. Yazilanı silmək olmur.

Uşaqlara israf etməməyi və nə isə düzəltməyi öyrədin!”, – o əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər