• 23 Noyabr 2024 05:52

Kəmaləddin Heydərovun nazirliyi bu iki qurum arasında bölüşdürülür, özü isə… – QƏRAR VERİLİB

İntim videoları ilə gündəmə gələn FHN polkovniki Zaur Mirzəyev həbs olunsa da, bu qurumun adı ətrafında yaranmış ajiotaj səngimək bilmir. Zaur Mirzəyev öz əməlləri ilə təkcə karyerasını deyil, həm də uzun illər çalışdığı bu nəhəng dövlət qurumunu da ciddi təhlükə qarşısında qoyub. Hazırda FHN-nin perspektiviylə bağlı bədbin proqnozlar səsləndirilməkdir.

Yenisabah.az-ın əldə etdiyi məlumata görə, ölkə gündəmini silkələyən videolar Yanğından Baş Mühafizə İdarəsiylə yanaşı, bütövlükdə nazirliyin taleyini sual altında qoyub. Hakimiyyətdəki mənbələrdən saytımıza daxil olan məlumata görə, son hadisələr FHN başçısı Kəmaləddin Heydərovun başı üzərindəki qara buludları daha da sıxlaşdırıb.

Məlumatlı şəxs deyib ki, artıq Fövqəladə Hallar Nazirliyinin taleyilə bağlı son qərar verilib. Hakimiyyətin ən yuxarı eşalonunda aparılan müzakirələrdən sonra FHN-nin bir qurum kimi mövcudluğunun mümkün olmadığına qərar verilib.

Mənbə FHN-nin gələcək taleyilə bağlı müəmmalara da aydınlıq gətirib. Qeyd edib ki, FHN tezliklə iki qurum – Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyinin arasında bölüşdürüləcək. Yanğından Baş Mühafizə İdarəsi, Xüsusi Riskli Xilasetmə İdarəsi və digər oxşar Baş İdarələr DİN-nin tərkibinə veriləcək. Yerdə qalan İdarələr isə Müdafiə Nazirliyinin balansına keçəcək.

Sonda mənbə deyib ki, FHN-nin ləğvi Kəmaləddin Heydərovun məmur karyerasının başa çatması ilə nəticələnəcək. O, yaş həddi ilə əlaqədar təqaüdə göndəriləcək.

Tacxeber.az

Oxşar xəbərlər