• 21 Sentyabr 2024 08:36

Buraya getsəniz ölüm yaşaya bilərsiniz! Özü cənnət, yaşayışı isə cəhənnəm KƏND – VİDEO

Buraya getsəniz ölüm yaşaya bilərsiniz! Özü cənnət, yaşayışı isə cəhənnəm KƏND - VİDEO

 

İsmayıllının Həftəsov kəndi. Cəmi 5 sakini var. Bu kəndə getmək üçün Girdiman çayını üzərək keçməlisiz. Ya da gözləməlisiz ki, hansısa günlərdə çayın suyu azalsın.

Tacxeber.com xəbər verir ki, “İTV Xəbər Yekun”un əməkdaşları məsul şəxslərin unutduğu Həftəsov kəndinə səyahət edib.

Həftəsovun özü cənnətdir, yaşayışı isə cəhənnəm. Bu səbəbdən kənd sakinləri evlərini tərk edib. Bu kəndlərə getmək üçün Girdiman çayını keçməli, sonra da kilomertlərlə yol gedilməlidir.

Bundan başqa, kəndin hər küncündə tarix yatır. Əsrlərin qovğasından sağ çıxan məscidlərdə ibadət edən belə yoxdur.

Kənd məktəbində də mənzərə fərqli deyil. Məktəb 2017-ci ildən bu yana boş qalıb. Müəllimlər gələ bilmir, şagirdlər isə kitablarını və s. kimi ehtiyaclarını ödəyə bilmirlər.

Ətraflı “İTV Xəbər Yekun”un süjetində

Tacxeber.com

Oxşar xəbərlər