Rusiya MSK-ya prezidentliyinə namizəd Vladimir Putinin müdafiəsi üçün 315 min imza toplanıb ki, bu, qanunun tələb etdiyi maksimumdur.
Tacxeber.com TASS-a istinadən xəbər verir ki, bu barədə seçki qərargahının həmsədri Maryana Lısenko məlumat verib.
“İmzaların toplanması faktiki olaraq Yeni il bayramlarında baş verdi – insanlar çox fəal, fədakarlıqla, həftənin yeddi günü işləyirdilər. İstənilən bölgədə insanlar imza ata bilərdilər, bu gözəldir”, – o qeyd edib.
Xatırladaq ki, Rusiyada prezident seçkiləri 17 martda baş tutacaq.