• 20 Sentyabr 2024 10:33

Aygün Kazımovanın instaqram hesabı: Xalq artisti xəsislik edir?

 

Xalq artisti Aygün Kazımova oğurlanmış və 1,4 milyon izləyicisi olan rəsmi “Instagram” hesabını hələ də geri qaytara bilməyib. 

Yenisabah.az xəbər verir ki, hazırda sənətçinin profil fotosu və səhifənin məlumat bölməsi dəyişdirilib.

Bundan başqa, müğənninin bütün paylaşımları silinib və səhifəni oğurlayan şəxs və ya şəxslə müxtəlif paylaşımlar etməyə başlayıb.

İzləyicilər paylaşım edən şəxsi durmadan tənqid edir, səhifəni oğurlayan və paylaşım edən şəxsin məsuliyyətə cəlb edilməsini tələb edirlər.

Aygün Kazımovanın sosial media hesabını qaytarmaq üçün zəruri işləri gördüyü deyilsə də, buna inam azdır.

Təxminən 1 həftə ərzində Xalq artistinin səhifəsini qaytarmaması sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Bəzi sosial media mütəxəssisləri bu prosedurun o qədər də çətin olmadığını iddia ediblər. Onların sözlərinə görə, oğurlanan səhifəni geri qaytarmaq üçün bir gün vaxt və 2000-4000 manat arası vəsait tələb olunur.

A.Kazımovanın hesabını geri qaytarmaq haqda düşünməməsinin səbəbi kimi onun səhifəyə ehtiyacı olmadığı və eyni zamanda, xəsislik etdiyi iddiaları da səslənir.

Tacxeber.com

Oxşar xəbərlər