• 24 Noyabr 2024 12:17

2024-cü ildə Azərbaycanda güclü zəlzələ gözlənilir? – “Yerləri konkret məlumdur”

 

2024-cü ildə Azərbaycanda güclü zəlzələ gözlənilir? – “Yerləri konkret məlumdur”

Son günlər sosial mediada və bir sıra kütləvi informasiya vasitələrində bu il ərzində Azərbaycanda və bir dünyanın bir sıra seysmik zonalarında zəlzələ və vulkan püskürmələri kimi fövqəladə təbiət hadisələrinin olması ilə bağlı iddialar səsləndirilir. 

Sözügedən iddialar geniş müzakirələrə səbəb olduğu kimi, bəzi insanlar arasında təşvişlə qarşılanır. Adətən güclü seysmik təkanların baş vermədiyi Azərbaycanda bu il hanısısa güclü zəlzələnin olma ehtimalı varmı?

Mövzu ilə bağlı Yenisabah.az-a danışan  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin müdiri, coğrafiya üzrə fəlsəfə doktoru Ənvər Əliyev təşvişə ehtiyac olmadığını və hansısa yüksək ballı zəlzələnin gözlənilmədiyini qeyd edib.

“Bunu heç kim dəqiq deyə bilməz. Yerin daxili prosesləri ilə bağlı konkret danışmaq sadəcə falçılıq olar.

Düşünmürəm ki, ölkədə yaxın gələcəkdə hansısa orta və yüksək ballı zəlzələ olsun. Yalnız palçıq vulkanları ilə bağlı qismən öncədən proqnoz vermək olar, o da əgər vulkanın dərin qatlarında kinetik enerji cəmləşməsi müşahidə olunursa bunu demək mümkündür.

Həm də aktiv hesab olunan vulkanların yerləri konkret məlumdur. Ancaq haçan və harada zəlzələnin olacağını demək mümkün deyil. Bəzən günəşin aktivliyi nəticəsində ayın yerə yaxınlaşması səbəbindən hansısa yüngül təkanlar ola bilir. Bu isə cəmi 5-10 faizlik bir ehtimaldır. Narahat olmağa dəyməz.

Dənizdə püskürən palçıq vulkanları insanları deyil, daha çox heyvanların yaşamasına təsir göstərə bilər. Ümumi olaraq isə, deyilən iddiaların heç bir elmi əsası yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər