• 23 Noyabr 2024 00:44

Həkimlərdən tövsiyə: prostat xərçənginin adı dəyişdirilsin, çünki…

 

Amerikalı həkimlər prostat xərçənginin getdikcə aşağı dərəcəli olduğuna inanırlar.

Tacxeber.com xəbər verir ki, alimlər bildiriblər ki, prostat xəırçəngi yavaş böyüyür və ya ümumiyyətlə böyümür və onu xərçəng və ya karsinoma (bədxassəli şiş) adlandırmaq olmaz.

“Wall Street Journal”da dərc olunan yazıda bildirilir ki, bu xəstəliyin adının dəyişdirilməsi kişiləri və onların ailələrini qorxu və stressə salmaqdan xilas edə bilər.

Həkimlər xəstələrin qorxusuna görə prostat xərçənginin adının dəyişdirməyi təklif ediblər. Bəzən həkimlər özləri qorxurlar, lazım olduğundan daha ağır müalicə üsulu tətbiq edirlər ki, bu da ciddi yan təsirlərə səbəb olur.

Mütəxəssislərin sözlərinə görə tibb sahəsi əvvəllər xərçəngin digər formalarının adını dəyişib: uşaqlıq boynu, sidik kisəsi və qalxanabənzər vəzin xərçəngi. Xərçəng xəstələrini qorxutmamaq üçün onların hamısı yenidən təsnifləşdirilib.

Tacxeber.com

Oxşar xəbərlər