• 23 Sentyabr 2024 17:26

AFFA İK-nın iclası və Gəncə Futbol Akademiyasının açılış mərasimiylə bağlı SİRR…

Yanvarın 11-də ölkə futbolunda vacib addımların atılması gözlənilirdi.

 

Daha dəqiq desək, öncə Gəncədə Azərbaycanın ən keyfiyyətli, ən yaxşı futbol akademiyası olacağı deyilən bina istifadəyə veriləcəkdi. Daha sonra AFFA İcraiyyə Komitəsinin iclası, üstəlik əsas millimizə baş məşqçinin seçilməsinə dəstək üçün yaradılan İşçi Qrupun yığıncağı nəzərdə tutulmuşdu. Lakin AFFA-nın prezidenti Rövnəq Abdullayevin qripə yoluxması planları pozdu. Yəni bütün tədbirlər təxirə salındı.

 

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədliylə əlaqə saxlayıb yuxarıda qeyd etdiyimiz proseslərin nə vaxt reallaşacağını soruşduq. Qurum rəsmisi hələ ki bu yöndə yeniliyin olmadığını, dəqiq tarixin bəlli olmadığını dedi. Bunu da dedi: “Rövnəq müəllimin sağlıq durumu qaydasındadı”.

 

Çox gözəl, Allah hər kəsi qəzadan-bəladan qorusun. Şükür, artıq Rövnəq Abdullayevin sağlıq durumunda heç bir problem yoxdu. Bəs onda AFFA indi nəyi gözləyir?

 

Mənbə: Futbol+

Tacxeber.com

Oxşar xəbərlər