• 24 Noyabr 2024 01:55

Xəstələnmişəm, amma işə gedirəm… – Bəs qanun NƏ DEYİR?

 

Havalar soyuduqca əhali arasında qrip,soyuqdəymə kimi xəstəliklər artır. Əksəriyyət xəstə olduqları halda belə işə gedirlər. Bu da öz növbəsində virusların daha geniş yayılmasına səbəb olur.

Maraqlıdır, belə hallarda qayda necə tənzimlənir? İşçi hansı hallarda işə getməyə bilər?

Sahib Məmmədov: Qeyri-rəsmi iş yerlərində işəgötürənin razılığı ilə xəstə 1-2 gün evdə qala bilir

Məsələnin hüquqi tərəflərindən Bakıvaxtı.az-a danışan hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, mövsümü xəstəliklərin yayıldığı vaxtda hər bir işçi xəstələndiyi haqda qeydiyyatda olduğu xəstəxanaya gedib müvəqqəti əmək fəaliyyətini itirməsi ilə bağlı sahə həkimindən sənəd almalıdır:

“Sənəd əsasında ona əməkhaqqını 14 günə qədər müalicə olunacaqsa, işə götürən, 14 gündən çox olduqda isə Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödəyəcək. Qeyri-rəsmi iş yerlərində isə işəgötürənin razılığı ilə xəstə1-2 gün evdə qala bilir. Bunun üçün heç bir sənəd tələb olunmur”.

Cabir Süleymanlı: Bizdə qrip olan şəxs xəstəxanaya getmir, evdə müalicə olunur, bu halda da həkim kağızı ala bilmir

İnsan resursları üzrə mütəxəssis Cabir Süleymanlı isə bildirib ki, bu, daha çox işçi ilə işə götürən arasındakı etibar məsələsi ilə bağlıdır:

Onun sözlərinə görə, sui-istifadə olmasın deyə bəzi işəgötürənlər bu məsələdə çox sərt davranırlar:

“Aktiv iş həyatı olan şəxslər iş həyatını ikiqat ağır keçirirlər. Digər tərəfdən də işdən qalmaq istəmirlər. Çünki bu halda iş müəssisəsinə müvafiq xəstəlik kağızı təqdim edilməli olurlar”.

Müsahib qeyd edib ki, bizdə qrip olan çox adam xəstəxanaya getmir, evdə müalicə olunur, bu halda da həkim kağızı ala bilmir. Beləcə sağalma prosesi gecikir:

“Evdə müalicə alıb, özünü izolə etmədiyi üçün də iş yerinə gedəndə digərlərini də yoluxdurur”.

Tacxeber.com

Oxşar xəbərlər