• 24 Noyabr 2024 05:54

ABŞ iqtisadiyyatı yüksəlir, Çin çökür

ABŞ dünyanın ən böyük iqtisadiyyatı uğrunda mübarizədə Çindən daha da uzaqlaşır.

 

Bu barədə “Bloomberg” yazır.

 

2023-cü ilin sonunda ABŞ ÜDM-i nominal ifadədə 6,3% (inflyasiya nəzərə alınmadan), Çin 4,6% artıb. Agentlik analitikləri qeyd edirlər ki, Amerika iqtisadiyyatının pandemiyadan Çin iqtisadiyyatından daha yaxşı vəziyyətdə çıxdığı açıqdır.

 

İqtisadi göstəricilər iki ölkənin fond bazarlarında da özünü göstərir. ABŞ səhmləri 2024-cü ilin yanvarında rekord həddə ticarət edir, Çin səhmləri isə böyük bir çöküş yaşayır.

 

Son dörd il ərzində Çin və Honq Konqda qiymətli kağızlar təxminən 6 trilyon dollar dəyər itirib. Çinin əsas daxili bazar indeksi olan CSI 300 son beş ilin minimum səviyyəsinə düşüb.

 

“Pandemiya Çinin bir çox dərin və struktur zəifliklərini gizlətdi. İndi onlar üzə çıxır. Bu problemlərin həlli onilliklər çəkə bilər. BVF-nin keçmiş müşaviri və Atlantik Şurasının Geoiqtisadiyyat Mərkəzinin direktoru Coş Lipski “Hər şey Çinin islahatlar aparmaq qabiliyyətindən asılıdır”, deyə nəşr yazır

 

Mənbə: Valyuta.az

Tacxeber.com

Oxşar xəbərlər