• 25 Noyabr 2024 23:22

Tramp zorladığı bu qadına 5 milyon dollar təzminat ödəyəcək – FOTO

Tramp zorladığı bu qadına 5 milyon dollar təzminat ödəyəcək - FOTO

ABŞ-ın keçmiş prezidenti Donald Trampən Nyu-Yorkda Cean Karroll adlı qadına qarşı zorlama və təhqir işində 83 milyon dollar təzminat ödəməsi tələb edilib. 

Tacxeber.com xəbər verir ki, Nyu Yorkda uzun müddətdir davam edən iş üzrə münsiflər heyəti ötən gün Trampla bağlı qərarını açıqlayıb.

Münsiflər heyəti keçmiş ABŞ prezidentinin Kerrollun reputasiyasına vurduğu ziyanı əsas gətirərək Trampı ümumilikdə 83,3 milyon dollar təzminat ödəməyi tələb edib.

Qərardan xəbər tutan Kerroll vəkilini qucaqlayaraq sevincini nümayiş etdirib. Tramp isə sosial mediada “Tam cəfəngiyyatdır. Bu qərarla heç bir şəkildə razılaşmıram. Bura Amerika deyil”, – deyə etiraz edib.

80 yaşlı jurnal yazıçısı E.Cean Kerroll Trampın 1996-cı ilin yazında Nyu-Yorkdakı Berqdorf  Qudman mağazasının soyunub-geyinmə otağında ona təcavüz etdiyini bildirsə də, Tramp bu iddiaları rədd edib.

Tramp iki həftəlik dinləmələrdən sonra 2023-cü ilin mayında Kerollun açdığı “zorlama və təhqir” işində münsiflər heyəti tərəfindən günahkar bilinib.

Münsiflər heyəti bildirib ki, Tramp Kerrola ümumilikdə 5 milyon dollar təzminat – cinsi qısnamaya görə 2 milyon dollar və böhtana görə 3 milyon dollar ödəməlidir.

Qeyd edək ki, ilk qanuni qələbədən sonra Kerroll Trampa qarşı qazandığı 5 milyon dollar təzminatdan əlavə 10 milyon dollarlıq ikinci “zərər təzminatı” iddiası qaldırdı və 6 sentyabr 2023-cü ildə hakim bu işdə yenidən Trampı məsul hesab etdi.

Yanvarın 16-da Nyu-Yorkda başlayan “zərər təzminatı” işində bu dəfə 9 nəfərlik münsiflər heyəti  Trampın ödəyəcəyi təzminat məbləğinə qərar verəcək.

Tacxeber.com

Oxşar xəbərlər