• 23 Noyabr 2024 07:17

Bulvarda bir nəfər özünü dənizə atdı

Bulvarda bir nəfər özünü dənizə atdı

Dənizkənarı Milli Parkda bir nəfər özünü dənizə atıb.

 

Tacxeber.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkın yaxınlığında, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 2 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin intihar məqsədilə özünü dənizə atması barədə məlumat daxil olub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Tacxeber.az

Oxşar xəbərlər