• 23 Noyabr 2024 07:49

“Açıq futbol oynasaq, “Qarabağ” təhlükəli olacaq” – Mixal Bilek

“İlk oyundan sonra da demişdim ki, rəqibin hücumda keyfiyyəti əladır. Onlar texniki cəhətdən güclüdürlər və rəqibə oynamaq üçün çox yer verməməliyik. Başlanğıcdan dəqiq olmalıyıq və sürətlə yüksəlməliyik.  İlk oyundakı kimi oynasaq və bir az üstünə qoysaq, yaxşı nəticə əldə edə biləcəyimizə inanıram”.

Bu sözləri “Viktoriya”nın baş məşqçisi Mixal Bilek Çempionlar Liqasında pley-off mərhələsində “Qarabağ”la cavab oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.

“Oyunumuzla bağlı iki variantımız var. Bunlardan biri 3-lü müdafiədir. Son məşqdən sonra baxacağıq. Vatslav Jemelka ilk oyunda sol cinahda yaxşı çıxış etdi. Sabah da belə mövqedə oynaya bilər. Lukaş Heydanı isə kiminlə əvəz edəcəyimə qərar verməklə bağlı sabaha qədər vaxtım var.  İki mümkün “11-liy”im var. Hər ikisi də keyfiyyətlidir. Sabah səhər hazırlığına az qalmış qərar verəcəyəm. Bütün futbolçularım hazırdırlar. Oynamaq istəyirlər və matça tam kökləniblər” – deyə o bildirib.

Mütəxəssi Bakıdakı görüşlə sabahkı qarşılaşmanın oxşar olacağını vurğulayıb: “Qarabağ” üçüncü təsnifat mərhələsində “Ferentsvaroş”la cavab oyununu  bir daha izlədik. “Ferentsvaroş” hesabı açmaq çalışdı, sonra 1:3 məğlub oldu. “Qarabağ”ın da istədiyi budur. Açıq futbol oynasaq, “Qarabağ” təhlükəli olacaq. Biz buna imkan verməməliyik”.

O, məşqçilik karyeranısının ən vacib oyununa çıxacağını söyləyib: “Yəqin ki, belə olacaq. Məşqçi kimi Çempionlar Liqasının qrup mərhləsində olmamışam. Mənimlə yanaşı, əksər oyunçularımız da burada olmayıb. Evimizdə güclüyük. Bu, bizim üçün böyük çağırışdır.İnanıram ki, uğurlu olacağıq. Azarkeşlərdən güclü dəstək alacağıq”.

M.Bilek futbolçusu Con Moskeranin ilk matçda aqressiv oyunu barədə isə bunları deyib:  “Bunları müzakirə etmişik. İlk oyunda lazımsız hərəkət etmişdi. Uğur qazanmaq istəyiriksə, futbolçularımın intizamı 100 faiz olmalıdır. Hakimə reaksiya verməməliyik”.

Qeyd edək ki, sabah keçiriləcək “Viktoriya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüş qolsuz bərabərliklə başa çatıb. /Qal.az

Tacxeber.az

Oxşar xəbərlər