• 25 Noyabr 2024 06:10

Prezidentliyə namizədlər təbliğat üçün nə qədər pul xərcləyib? – Siyahı

Fevral ayının 7-də keçirilməsi gözlənilən prezident seçkilərində iştirak edəcək 7 nəfərin namizəd 2-ci maliyyə hesabatlarını açıqlayıblar.
Tacxeber.com
xəbər verir ki, prezidentliyə namizədliyi qeydə alınan şəxslər seçki fondlarının gəlir və xərcləri ilə bağlı 1-ci ilkin maliyyə hesabatlarına yeni əlavələr ediblər.

Qeyd edək ki, prezidentliyə namizədlər seçki prosesi ərzində 3 dəfə maliyyə hesabatı verməlidirlər. Namizədlər 3-cü – yekun maliyyə hesabatlarını seçkilərin nəticələrinin rəsmi dərc edildiyi gündən ən geci 10 gün sonra təqdim etməlidirlər. Yekun maliyyə hesabatına seçki fonduna vəsaitlərin daxil olmasını və xərclənməsini təsdiq edən ilkin maliyyə sənədləri qoşulur.
Məlumat üçün onu da bildirək ki, prezidentliyə namizəd olan 7 nəfərdən 4-ü 2018-ci ildə keçirilən seçkilərdə də namizəd olublar. 2018-ci il seçkilərində İlham Əliyev 500 min manat, Qüdrət Həsənquliyev 28 min 498 manat 2 qəpik, Zahid Oruc 9 min 900 manat, Razi Nurullayev isə 1 836 manat 20 qəpik xərcləyib.

Tacxeber.com

Oxşar xəbərlər