• 11 Noyabr 2024 16:51

Dünyanın ən böyük iki milyardlıq gəmisi: Titanikdən 5 dəfə böyükdür -FOTOLENT

Dünyanın ən böyük iki milyardlıq gəmisi: Titanikdən 5 dəfə böyükdür  -FOTOLENT

Dünyanın ən böyük kruiz gəmisi Mayami limanını tərk edərək ilk səyahətinə başlayıb.

Lent.az CNN Türk-ə istinadən xəbər verir ki, Royal Caribbean International tərəfindən dizayn edilən 365 metr uzunluğundakı “Dənizlərin İkonası” Titanikdən 5 dəfə böyükdür.

Sözügedən gəmi üçün çərşənbə axşamı keçirilən mərasimdə məşhur futbolçu Lionel Messi də iştirak edib.

Gəminin operatoru Royal Caribbean-ın verdiyi açıqlamada 365 metr uzunluğu ilə dünyanın ən böyük kruiz gəmisi olan “İcon of the Seas”in sərnişinləri ilə birlikdə Mayami limanından səfərə çıxdığı bildirilib. Açıqlamada bu ilk səfərə böyük tələbatın olduğu, nəhəng kruiz gəmisinin 5 min 600 sərnişin və 2 min 350 gəmi personalı ilə yola çıxdığı bildirilib. Sözügedən gəmi tam gücü ilə 7600 sərnişini qəbul edə bilər.

Finlandiyanın Turku şəhərindəki gəmiqayırma zavodunda 900 gündə inşa edilən gəminin uzunluğu Eyfel qülləsinin uzunluğunu üstələyir. 20 mərtəbəli gəmiyə hündürlüyü 17 metr olan şəlalə, biri göl kimi nəzərdə tutulmuş yeddi hovuz, altı su sürüşməsi, buz meydançası, karusel, 40 restoran və bar daxildir. Gəmidə sərnişinləri əyləndirmək üçün 16 nəfərlik orkestrlə yanaşı, müxtəlif musiqi üslublarına malik 50 fərqli musiqiçi və bir çox komediyaçı da gəmi heyətində yer alır.

İki milyard dollara başa gələn “İcon of the Seas” 1912-ci ildə Atlantik Okeanında aysberqlə toqquşaraq batan məşhur “Titanik” gəmisindən beş dəfə böyükdür.

Maye qazla (LNG) işləyən gəmi bir həftəlik Karib dənizi turundan sonra Mayami limanına qayıdacaq.

Tacxeber.com

Oxşar xəbərlər