• 25 Noyabr 2024 05:36

“Barmaq izi” adası: Osmanlıdan sığınanlar…

 

Adriatik dənizində yerləşən və uzunluğu 23 kilometrdən çox olan divarlara malik bu kiçik ada Xorvatiyaya məxsusdur.

Dalmasiya tipli sahillərdə (sahillərə paralel uzanmış dağların ətəklərində çökək hissələrin dəniz suları altında qalması nəticəsində əmələ gəlir) yerləşən bu ada Baljenak adasıdır. Onun sahəsi 0.14 kvadratmetr, sahil uzunluğu isə 1431 metrdir.

Adada qədim alçaqboylu daş divarlardan ibarət şəbəkənin mövcudluğu səbəbi ilə havadan çəkilən görüntüsünün barmaq izini xatırlatması, bu adanı UNESCO-nun Dünya İrs Siyahısına daxil edilməsi üçün Xorvatiyanın rəsmi qurumlara müraciətinə səbəb olub. Bu müraciət isə müsbət cavablandırılıb.

Baljenakda bu görüntünün formalaşmasının isə bir neçə səbəbi var. Yaxınlıqdakı Kapriye adasının bir vaxtlar burada fəaliyyət göstərən sakinləri kənd təsərrüfatı sahələri ilə məşğul olublar. Onlar daşları bir-birinin üzərinə qalaqlamaqla divarı hörürdülər. Bu divarlar isə üzüm bağlarını, zeytun bağlarını və müxtəlif əkin sahələrini bir-birindən ayırmaq üçün ucaldılmışdı. Digər bir səbəb isə bu təsərrüfat sahələrini küləyin dağıdıcı təsirindən qorumaq idi.

Maraqlıdır ki, labirint formalı tikililərə digər Avropa ölkələrində rast gəlinsə belə, Baljenak ən çox barmaq izini xatırladan görüntüyə malik adadır.

Daş divarların XIX əsrdə tikildiyi güman olunur. Həmçinin Osmanlı fəthləri zamanı xristianlar üçün təhlükəsiz sığınacaq yeri sayılan bu adada mövcud divarların bəzi hissələrinin daha da qədim olma ehtimalı vardır.(AZƏRTAC)

 

 

Oxşar xəbərlər