• 31 Oktyabr 2024 18:24

“Bədən ölçülərim 90-65-100-dür” – 53 yaşlı Aygün

 

Son zamanlar xarici görünüşü, xüsusilə arıqlaması ilə müzakirə obyektinə çevrilən Xalq artisti Aygün Kazımova sözügedən mövzu ilə bağlı açıqlama verib.

Tacxeber.com Bizim.Media-ya istinadən xəbər verir ki, 53 yaşına qədəm qoyan sənətçi qonaq olduğu “7 tamam” verilişində ilk dəfə bədən ölçülərindən danışıb.

“Çox incə və arıq olmaq olar. Amma bədən quruluşu çox önəmlidir. Sadəcə arıqsan söhbəti deyil… Bədənin proporsiyaları və ölçüləri söhbəti var. Mənim bədən ölçülərim 90-65-100-dür. Üzərrik çatlasın, pis gözlər partlasın (gülür). Əlbəttə ki, bu vücuda və ölçülərə sahib olmaq mümkündür. Amma burada əsas məsələ bir şeylərlə deyil, bütövlüklə dəyişim olmalıdır. Əsas dəyişim isə daxildən olmalıdır. Daxili dəyişim baş verərsə, hər şey dəyişəcək…”, – deyə Xalq artisti vurğulayıb.

Aygün hazırda olduğu çəkisini də tamaşaçılardan gizlətməyib:

“Mən çox arıqlamışam. Çəkim hazırda 57 kiloqramdır. Boyum isə 167 santimetrdi”.

Tacxeber.com

Oxşar xəbərlər