• 25 Noyabr 2024 10:33

Böyük Britaniyada birdəfəlik elektron siqaret qadağan ediləcək

elektron siqaretlər üçün gömrük rüsumu müəyyənləşdi

Böyük Britaniya hökuməti ölkədə birdəfəlik elektron siqaretlərin satışını qadağan edən qanun layihəsi hazırlayıb.
Tacxeber.com
 xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Rişi Sunakın ofisi məlumat yayıb.
Qeyd olunur ki, qadağa son iki ildə birdəfəlik elektron siqaretlərdən istifadə edən 11-17 yaşlı yeniyetmələrin sayının təxminən 9 dəfə artması fonunda tətbiq olunacaq.
Sunakın ofisi qeyd edib ki, hazırda 11-15 yaşlı britaniyalıların 9%-i siqaret çəkir:
“Elektron siqaretlərin uzunmüddətli sağlamlığa təsiri məlum deyil, lakin onların tərkibindəki nikotin yüksək dərəcədə asılılıq yarada bilər. Həmçinin siqareti tərgitmək bəzən narahatlıq, konsentrasiya problemləri və baş ağrılarına səbəb ola bilər. Elektron siqaret böyüklərə siqareti atmağa kömək edə bilər, lakin uşaqlar heç vaxt onlardan istifadə etməməlidirlər”.
Məlumatda deyilir ki, britaniyalıların təxminən 70%-i hökumətin bu təşəbbüsünü dəstəkləyir.

Tacxeber.com

Oxşar xəbərlər