• 22 Sentyabr 2024 09:22

Rusiya XİN-ə “etnik təmizləmə” ilə bağlı sübutlar verə bilməyən ermənilər çarəni BELƏ TAPDILAR – VİDEO

 

Ermənistanda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərdən qəzəblənərək, Rusiyadan “qisas” almaq qərarına gəlinib.

Tacxeber.com xəbər verir ki, Zaxarovanın tarixi faktlara əsaslanan fikrilərini qəbul etməyən erməni İrəvandakı “mühasirədə olan Leninqrad uşaqları” abidəsini dağıdıb.

Belə ki, o, “biz bu faşistlər üçün abidə ucaldıb, yas da saxlayırıq hələ” deyərək, abidə önünə qoyulan əklilləri aşırıb, Rusiya bayrağını tapdalayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova həftəlik keçirdiyi brifinq zamanı bildirib ki, Qarabağın erməni sakinlərinə qarşı heç bir “etnik təmizləmə” aparılmayıb.

O, İrəvandan Azərbaycanın Qarabağda ermənilərə qarşı “etnik təmizləmə” aparması ilə bağlı sübutlar istəyib:

“İstərdim ki, İrəvanda mötəbər sayılan hər hansı beynəlxalq təşkilatdan heç olmasa bir sənəd varsa, fakt təqdim olunsun. Məsələn, BMT və ya başqa bir təşkilat. Əgər “etnik təmizləmə”nin baş verdiyini göstərən hər hansı sənəd və ya bəyanat varsa, bu sənədi bizə təqdim edin”.

Tacxeber.com

Oxşar xəbərlər