Gürcüstanın Baş naziri İSTEFA VERDİ
Gürcüstanın Baş naziri İrakli Qaribaşvili tutduğu vəzifədən istefa verib.
O, hökumət administrasiyasında, xüsusi brifinqdə istefa verdiyini təsdiqləyib.
İrakli daxili partiyalararası demokratiyaya toxunaraq, başqalarına şans vermək lazım olduğunu deyib. O, “Gürcü Arzusu” partiyasının sədri olmaq təklifini də qəbul etdiyini bildirib.
Xatırladaq ki, bu gün Gürcüstanın “İmedi TV”də Baş nazir İrakli Qaribaşvili ilə hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidzenin bir-birini əvəz edəcəyi ilə bağlı məlumat yayılıb.