• 24 Noyabr 2024 05:43

Aktyorun Atatürk makiyajı 6 həftəyə tamamlandı – VİDEO

 

“Zaferin Rengi” filmində Mustafa Kamal Atatürk obrazını canlandıran aktyor Yiğit Özşenerin makiyajı 6 həftəyə tamamlanıb, tətbiqi isə 5 saat çəkib. 

Tacxeber.com “Haberler.com”a istinadla xəbər verir ki, bu işi isə iranlı xüsusi effektli makiyaj dizayneri Babək Eskəndəri edib.

Özşener hazırlıq anlarını sosial media hesabında paylaşıb.

“Dünyalılar, bütün hazırlıqlar bitdikdən sonra ilk dəfə “onun”la tək qaldığım an. İnanıram ki, ona bənzəmək, onu təqlid etmək mümkün deyil. Amma mən onun fikirlərini başa düşürəm və duyğularını hiss edirəm. Və bunu sizinlə bölüşmək üçün səbirsizlənirəm”.

Qeyd edək ki, film 1918-1923-cü illər arasında baş verən real hadisələrə əsaslanır. Mustafa Kamal Atatürkün rəhbərliyi ilə gündən-günə artan milli mübarizəyə dəstək məqsədilə İstanbulda formalaşan quruluşu idman vasitəsilə tamaşaçılara təqdim edəcək.

Film fevralın 16-da təqdim olunacaq.

Baş rollarda Nejat İşler, Yiğit Özşener, Kubilay Aka, Gülper Özdemir və Qonca Vuslaterinin iştirak etdiyi filmin rejissoru Abdullah Oğuzdur.

 

Oxşar xəbərlər