Parisdə dünyanın ən bahalı şərabı OĞURLANDI
Parisin məşhur “La Tour d’Argent” restoranından dünyanın ən bahalı şərabı oğurlanıb.
Tacxeber.com xarici KİV-ə istinadən xəbər verir ki, dəyəri 1,5 milyon avrodan çox olan şərab dünyanın ən bahalı içkisi hesab edilən “Romanée Conti”dir.
Bildirilib ki, restoranda son inventar yoxlama 2020-ci ilin yanvar ayında aparılıb. Odur ki, şərabın nə vaxt oğurlanması ilə bağlı dəqiq məlumatlar yoxdur. Lakin ilkin ehtimallara görə, təxminən 83 şüşə oğurlanıb.
Qeyd edilib ki, 2018-ci ildə 1945-ci ildən qalmış bir şüşə “Romanée-Conti” 482.000 avroya satılmaqla, o zaman dünyanın ən bahalı şərabı olub.