Kətan toxumu ən çox un məmulatlarının hazırlanmasında istifadə olunur. Faydaları saymaqla bitməyən bu toxumlar vaxtı keçəndə sağlamlığa ziyan verə bilər.
Tacxeber.com kətan toxumundan istifadənin hansı halda zərərli olacağını açıqlayır.
Kətan toxumunun qoza oxşar dadı var. Buna görə də nahar üçün hazırlanan şirniyyatlarda və ya xəmir məmulatlarında tez-tez istifadə edilən bir məhsuldur. Bu kiçik toxumlar eyni zamanda zülal, maqnezium, dəmir, sink və kalium kimi qiymətli komponentlərlə zəngindir.
Bundan əlavə kardiovaskulyar sistemi qoruyan, normal həzm prosesində iştirak edən, qan şəkərini nizamlayan və hətta xərçəngi önləyə bilən 25 faiz lif ehtiva edir.
Kətan toxumu faydalı yağ turşuları ilə də zəngindir. Bu turşular Omeqa-3 yağ turşularına aid olan 45 faiz α-linolenik turşu və omeqa-6 yağ turşusu linoleik turşudan meydana gəlir.
Bu uyğun nisbət beyin, qan təzyiqi, xolesterol səviyyəsi və kardiovaskulyar sistem üzərində müsbət təsirə malikdir.
Sərt qabıqları onların mədədə həzminə çətinlik yaradır. Bu cür faydalı toxumların bədəndə tam əmilməsi üçün üyüdülərək istifadəsi məqsədə uyğundur. Üyüdülərkən isə toxumun oksidləşmə prosesi onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Tam halda kətan toxumu 2 ilə qədər qalır, üyüdülmüş kətan toxumunun ömrü isə ümumiyyətlə 6 – 12 həftə olur.
Zaman keçdikcə kiflənir və sərtləşir. İylənmiş kətan toxumunun bir başqa əhəmiyyətli göstəricisi dadının acı olmasıdır.
İylənmiş kətan toxumları sağlamlığa zərərli yağ turşuları meydana gətirdiyindən istehlak edilməsi qəti olmaz.
Ümumiyyətlə, kətan toxumundan çox miqdarda istifadə tövsiyə edilməz. Səbəbi isə tərkibində mədə ağrısı, ürək bulanması və qusmaya səbəb olan hidrosiyanik turşudur.
Kətan toxumu bəzi dərmanların təsirlərinə də mane ola bilər. Ona görə də gündə iki yemək qaşığından çox yeməyin.