• 24 Noyabr 2024 05:28

Meyxanaçı Samirə: “Arzu edirəm ki, qızım kimlərinsə qabağında oxuyub, pul qazanmasın” – VİDEO

 

Meyxanaçı Samirə Yusifqızı ifaçı qızı Fərəhlə bağlı etirafı ilə diqqət çəkib. 

Tacxeber.com xəbər verir ki, sənətçi qonaq olduğu “7 tamam” verilişində qızının doğum günü münasibəti ilə arzularını dilə gətirib.

Fərəhin 30 yaşına qədəm qoyduğunu söyləyən Samirə “Övladıma arzu edirəm ki, Allah onun qarşısına elə bir insan çıxarsın ki, o, müğənniliyi qoysun bir kənara və evinin xanımı, övladının anası olsun. Qoy, onun qabağında gəlib oxusunlar. O kimlərinsə qabağında oxuyub, pul qazanmasın.

Bu sənət dəyəri olmayan və cavanlığı sevən sənətdir. Sabah yaşa dolan zaman arxa plana keçir. İnsana da ən çox pis təsir edən və mənən öldürən bir məsələdir. İstəmirəm ki, yaşadıqlarımı o yaşasın. Səhnə arxası başqa şeylər var. Madiyyat baxımından isə görürsən ki, bu sənət ildən ilə arxaya gedir” sözlərini vurğulayıb.

Oxşar xəbərlər