• 24 Noyabr 2024 08:25

Zelenski Zalujnını istefaya göndərmək qərarına gəlib – KİV


Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı hələlik postunu qoruyacaq, lakin ölkə prezidenti Volodimir Zelenski artıq onu istefaya göndərmək qərarına gəlib.
Tacxeber.com
 xəbər verir ki, bu barədə Amerikanın “The Washington Post” qəzeti məlumat yayıb.
Nəşr Kiyevdəki yüksək rütbəli mənbələrə istinadən yazır ki, Zelenski yanvarın 29-da keçirdiyi görüşdə Zalujnıya onu Ukrayna Silahlı Qüvvələrinin sıralarından azad etmək niyyəti barədə məlumat verib.
“Ali baş komandan hələlik vəzifəsində qalacaq, lakin gözlənilir ki, prezidentin müvafiq sərəncamı Zalujnının işdən çıxarılmasını təsdiq edəcək. Mənbələrə görə, Zelenski Zalujnıya ukraynalıların müharibədən yorulduğunu və Kiyevin xarici tərəfdarlarının hərbi yardım göstərilməsi prosesini ləngitdiyini deyib”, – nəşr yazır.
Qeyd olunub ki, bu baxımdan, Zelenskinin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanının təyin edilməsi vəziyyəti canlandıra bilər.
Nəşr yazır ki, Zalujnının istefası ilə bağlı rəsmi fərman təxirə salına bilər. Generalın ətrafındakı əsas fiqurların da dəyişməsi gözlənilir.

Tacxeber.com

Oxşar xəbərlər