• 24 Noyabr 2024 07:37

Qaribaşvili istefaya məcbur edilib? – Şaraşenidze

 

İrakli Qaribaşvilinin Gürcüstanın baş naziri postundan istefa verməsindən sonra ölkənin xarici siyasətində qətiyyən heç nə dəyişməyəcək. İstefanın səbəblərinə gəlincə, baş nazirə təzyiq göstərən hansısa münaqişənin olması ilə bağlı şayiələr var.

Tacxeber.com xəbər verir ki, bunu gürcü politoloq Tornike Şaraşenidze deyib.

“Qaribaşvilinin istefası ilə İvanişvilinin ikinci dəfə siyasətə qayıdışı arasında mümkün səbəb-nəticə əlaqəsini istisna etmirəm, xüsusilə hakim partiya daxilində münaqişə ilə bağlı şayiələr fonunda. Amma çox güman ki, bir səbəb var – seçkiyə hazırlıq gedir və Kobaxidze ilk növbədə seçki mütəxəssisi hesab olunur. Təbii ki, onun icra hakimiyyətində işləmək təcrübəsi yoxdur, lakin digər tərəfdən, Qaribaşvili İvanişviliyə çox sadiq adamdır. Təkrar edim ki, hakim partiyada münaqişə yarandı və çox güman ki, buna görə İvanişvili siyasətə qayıdıb. O, çıxışında hətta bəzi fikir ayrılıqlarının olmasına eyham vurub. Bu arada, gürcü cəmiyyəti laqeyddir və bu cür hadisələrə əsasən biganə yanaşır. Bu vəziyyətdə sabah parlament seçkisi keçirilsə, müxalifət çox zəif və pərakəndə olduğundan Gürcü Arzusu qalib gələcək. Keçmiş hakim partiyanın, eks-prezident Mixail Saakavşilinin partiyasının reytinqi hələ də aşağıdır”, – o bildirib.

Tacxeber.com

Oxşar xəbərlər