İrəvanda Rusiyaya məxsus abidəni ləkələyən şəxs sərhəddə SAXLANILDI
İrəvanda “mühasirədə olan Leninqrad uşaqları” abidəsini ləkələyən Samvel Şirinyan Ermənistandan qaçmağa çalışarkən saxlanılıb.
Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, abidəni ləkələyən və Rusiya bayrağını tapdalayan Şirinyan Ermənistanı tərk etmək istəyərkən Gürcüstanla sərhəddə yerləşən “Baqrataşen” sərhəd keçid məntəqəsində saxlanılıb.
Qeyd edilib ki, hazırda o, Ermənistanın İstintaq Komitəsindədir.
Xatırladaq ki, 2 gün öncə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərdən qəzəblənən şəxs ötən gün İrəvandakı “mühasirədə olan Leninqrad uşaqları” abidəsini dağıdıb.
O, abidə önünə qoyulan əklilləri aşırıb, Rusiya bayrağını tapdalayıb.