• 23 Noyabr 2024 23:43

“Televiziyalarda bu mövzularla əxlaqsızlığı təbliğ edirlər” – Aqil Abbas

“Avropada külli miqdarda pul buraxırlar ki, Azərbaycan xalqının əxlaqını pozsunlar”.

 

Bunu, Milli Məclisin 1 fevral 2024-cü il tarixli iclasında deputat Aqil Abbas “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

“Nə etsək də, axşam televiziyalarda məişət zorakılığı təbliğ olunur. “Arvad ərini qoyub, ərinin qardaşı ilə qaçıb” kimi mövzularla əxlaqsızlığı təbliğ edirlər. Polisin tutmalı olduğu adamı televiziyaya gətirirlər ki, reytinq qazansınlar. Bunların qarşısını da ala bilmirik. Təklif edirəm ki, bu məsələ Milli Məclisdə müzakirə olunsun”. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər