Qış mövsümünün əvəzolunmaz meyvəsi olan mandarin vitamin mənbəyi olmaqla yanaşı, xəstəliklərə qarşı qoruyucu xüsusiyyəti ilə də tanınır. Lakin bu meyvənin qabığında olan müalicəvi xüsusiyyətlərdən çoxumuz xəbərdar deyilik.
Tacxeber.com xarici mətbuata istinadən mandarin qabığının faydalarını təqdim edir:
Keçmişdə insanlar soba yandırarkən onun yaratdığı xoş qoxu üçün tez-tez ocağın üstünə mandarin qabığı qoyarmışlar. Bu ənənə bu gün azalsa da, mandarin qabığının sağlamlıq üçün faydalarını nəzərdən qaçırmaq olmaz.
Maddələr mübadiləsini sürətləndirir;
Qabıqlardan hazırlanan şirə diş ətini qidalandırır;
Qabıqda olan maddə beyin şişlərinin kiçilməsinə kömək edir;
Bədəndəki yağı əritmək üçün təsirlidir;
Tərkibindəki C vitamini ilə immunitet sistemini gücləndirir;
Xərçəngə tutulma riskini azaldır;
Dəriyə tətbiq olunduqda dərini yumşaldır və ölü hüceyrələrdən təmizləyir;
Hamilə qadınlarda səhər ürək bulanma hissini aradan qaldırır;
Qan şəkərini tarazlaşdırır;
Qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı effektivdir;