• 23 Noyabr 2024 09:23

Satıcı qız Neymardan aliment tələb edir

Satıcı qız Neymardan aliment tələb edir

 

Braziliyalı futbolçu Neymardan övladı olduğunu iddia edən Macarıstan vətəndaşı futbolçuya qarşı məhkəmə iddiası qaldıraraq atalıq testi və uşağa aliment tələb edib.

Moderator.az-ın xarici mediaya istinadən məlumatına görə, Macarıstandan olan satıcı Qabriella Qaspar Sa-Paulo (Braziliya) mülki məhkəməsində iddia qaldırıb. Qadın Neymarla Braziliya yığmasının yoldaşlıq oyunu keçirdiyi Boliviyada tanış olduğunu, futbolçu ilə tez bir zamanda münasibət qurduğunu və hamilə qaldığını bildirib.

Qaspar 9 yaşlı qızının doğum şəhadətnaməsində atasının adının, həmçinin 30 min avroluq aliment ödənişinin olmasını istəyir. Vəkilin sözlərinə görə, geriyə doğru tələb olunduğu üçün məbləğ yüksəkdir, çünki 9 il ərzində uşağın bütün xərclərini ana özü qarşılayıb.

Neymar avqust ayında Fransanın PSJ klubundan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib və o vaxtdan bu komandada beş oyun keçirib, bundan sonra dizindən zədə alıb və ən azı altı ay yaşıl meydanlardan kənarda qalıb. Bundan əvvəl mətbuatda “Əl-Hilal”ın əcnəbi ilə müqavilə imzalanmasına yer açmaq üçün Neymarın müqaviləsini dayandırmaq üzərində çalışdığı barədə məlumatlar yayılmışdı.

Tacxeber.com

Oxşar xəbərlər