Böyük Britaniya Qəddafinin həyat yoldaşına qoyulan ölkəyə giriş qadağasını ləğv edib
Böyük Britaniya Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin dul arvadı Safiya Fərkaşa qarşı sanksiyaları yumşaldaraq, onun ölkəyə girişinə qoyulan qadağanı aradan qaldırıb.
Bunu Britaniya hökumətinin saytında yenilənmiş sanksiyalar siyahısı sübut edir.
Qəddafi və onun qohumlarına qarşı məhdudlaşdırıcı tədbirlər London tərəfindən BMT Təhlükəsizlik Şurasının 2011-ci il tarixli 1970 saylı qətnaməsinə uyğun olaraq tətbiq edilib.