Rusiya Ermənistanı Ukraynaya çevirəcək – Paşinyan həddini aşdı
Ermənistan ətrafında baş verən hər şey rəsmi Moskvanı ciddi narahat etməlidir və edir, çünki İrəvan hələ də KTMT və Aİİ-nin bir hissəsidir. Ermənistan Rusiyaya qarşı ardıcıl təxribatlardan sonra da bir neçə stulda – Rusiya və Qərb masasında oturmağa çalışır.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Yevgeni Mixaylov deyib.
“Fransa şirkəti İrəvanla birlikdə Ermənistan ərazisində silah istehsal edəcək. İrəvan hakimiyyəti ordunun NATO formasına keçdiyini bəyan edib. Növbəti ssenari göz qabağındadır. Rusiya kəskin qərarlar qəbul etməsə, bir müddət sonra Ermənistanın NATO blokunda status qazanmaq cəhdi barədə eşidəcəyik. Ermənistan Qərbin adi və tipik oyuncağına çevrilib. Qərb Ukraynaya qarşı da eyni ssenarini yürüdürdü. Bu ölkəni nəyə gətirib çıxartdı? Fəlakətə”, – o bildirib.
Mixaylovun sözlərinə görə, bu gün Ermənistanda Rusiya kanallarını qadağan etməyə çalışırlar: