İmran Xan və həyat yoldaşına əlavə 7 il həbs cəzası verildi – SƏBƏB
Pakistan məhkəməsi ölkənin keçmiş baş naziri, müxalif “Ədalət uğrunda Hərəkat” partiyasının lideri İmran Xan və onun həyat yoldaşı Buşra Bibiyə qeyri-qanuni nikaha görə yeni cəza verib.
Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, məhkəmə cütlüyün 2018-ci ildə İslami evlilik qaydalarını pozduğuna qərar verib və onları 7 il həbs cəzasına məhkum edib.
Nəşr yazır ki, həbsdən əlavə, Pakistanın keçmiş baş naziri İmran Xan və həyat yoldaşı cərimə də ödəyəcəklər.
Qeyd edək ki, bu, keçmiş baş nazirə qarşı çıxarılan üçüncü hökmdür, o, bu yaxınlarda dövlət sirrini yaymaqda ittiham olunaraq 10 il, həmçinin korrupsiyaya görə həyat yoldaşı ilə birlikdə 14 il azadlıqdan məhrum edilib.