“SOCAR” prezidenti Rövnəq Abdullayevin sirli yüksəlişi…
(Əvvəli: https://tacxeber.com/2024/01/22/socar-prezidenti-rovn%c9%99q-abdullayevin-sirli-yuks%c9%99lisi-2/ )
Bu minvalla, buna baxmayaraq onun yolu bir yerlərdən açılmağa başladı. O ənənəvi biznesində qazandığı etibarı , həm də pərdəarxası ortağının dövlət rəhbərliyinə ucalması onun da yolundakı maneələri aradan qaldırmağa başladı. Rövnəq trestdən AZneftyanacaq NEZ-ə direktor gətirildi. O zaman həmin Zavodun direktoru olan Ramiz müəllim çox nüfuzlu şəxs idi. O, Rövnəqin nəyə qadir olduğunu bildiyinə görə zavodda başladığı ilk dağıdıcı maxinasiyalarını bilib,dözməyib zavoda gəlib, onu tənqid edib, hətta ona dövlətə və millətə vurduğu bu ziyana görə bir şillə də yapışdırmışdı. Sonradan çox çəkmədən Ramiz müəllim ağır xəstəlik keçirib infarkdan dünyasını dəyişmişdi. Qohum əqrəbası onun rəhmətə getməsinə səbəbin məhz Rövnəqə vurduğu şapalaq olduğunu bildirirlər.
Ramiz müəllimin etiraz elədiyi dağıdıcılıq maxinasiyaları isə bunlar idi: 5000 tonluq, 20000 tonluq, 100000 tonluq çənlərin təmirinin saxtalaşdırılması və sayı-hesabı bilinməyən dövlət vəsaitlərinin mənimsənilməsi idi. O zaman zavodda çalışan şəxslərin bildirdiyinə görə 1 ildə bu tip maxinasiyalardan düz 1 milyard manat Rövnəq müəllim mənimsəmə yolu ilə gəlir əldə etmişdir. Zavodda Rövnəqin təmir idarəsinə təyin elədiyi rəis qaynatası Adəm olub. Ümumiyyətlə ,Rövnəq harada çalışıbsa həmin idarədə bütün rəhbər vəzifələrə Naxşıvanda ,kəndində-kəsəyində qalmış ən köntpi qohumlarını belə gətirib yerləşdirmişdi. Bir sözlə, işlədiyi hər idarəni, hər müəssisəni, hər zavodu, hər birliyi ailə müəssisəsinə, tayfa müəssisəsinə çevirmişdir.
Buna nümunə bacanağı Hənifi, bacanağı Tofiqi, qaynatası Adəmi, xalasıoğlu Rəşadı, və s. göstərmək olar ki, hamısı “Socar”da strateji vəzifələrdə oturub.”Socar”ın başından ayağına kimi hamısı onun tayfasından öz tövhəsin almışdır.
Rövnəqin ilk dünya səviyyəli yeyintilərindən biri isə “Bakı-Novorasiyski” neft kəmərinin təmiri zamanı mənimsənilən dövlət vəsaitidir.
Bildiyiniz kimi, Rövnəq Abdullayev “Socar”ı əsasən qohumları vasitəsi ilə tayfa rəhbərliyi ilə idarə edir. Belə ki, Böyük Britaniyanın “Global Witness” təşkilatının Azərbaycan Dövlət Neft Şikəti ilə bağlı təqdim etdyi hesabatdan sonra cəmiyyətdə “Anar Əliyevin kimliyi” ilə bağlı araşdırmalar getdi. Həmin məlumatları diqqətə çatdırırıq:
1. Anar Əliyevin qardaşlarından biri Bədəl Əliyev “SOCAR” Informasiya Texnologiyaları Departamentində (rəis Inayət müəllim, təchizat üzrə müavini Rövnəq Abdullayevin sinif yoldaşı Azər müəllim ) satınalmalar üzrə menecer vəzifəsində çalışır.
2. Anar Əliyevin digər qardaşı Nihad Əliyev “SOCAR”da satış direktorudur.
3. Anar Əliyevin atası Nüsrət Əliyev (Rövnəq Abdullayevin dayısı) Neft Emalı zavodunda Qaz sektorunun müdiridir.
4. Anar Əliyevin əmisi Azad (Rövnəq Abdullayevin digər dayısı ) Neft Emalı zavodunda Kislorod sektorunun müdiridir.
5. Azadın oğlu Rəsul “SOCAR”da mühüm vəzifə daşıyır.
6. Anarın xalası oğlanları “Suraxanı OIL” Əməliyyat şirkətinin və “Balaxanıneft”in rəhbərləridir.
7. Anarın əminəvələri Ramil və Nail Əliyev qardaşları uyğun olaraq “EKOL”un rəisi və Neft-Yağ Emalı zavodunun rəisidir.
8. Rövnəq Abdullayevin qaynatası ( həm də doğma əmisidir ) Adəm müəllim “SOCAR”da Demontaj sektorunun rəisidir.
9. Anarın yaxın dostu Vasif müəllim Neft Kəmərləri Idarəsinin rəisidir.
10. Neft Kəmərləri Idarəsinin rəis müvini Fuad müəllim Rövnəq Abdullayevin sinif yoldaşıdır.
11. Rövnəq Abdullayevin, həm də Anarın qohumu Toğrul Seyidov “SOCAR PETROL”un prezidentidir.
12. Rövnəq Abdullayevin bacanağı Mehman “SOCAR”ın Təchizat Departamentinin rəisidir.
Araşdırma zamanı o da məlum olub ki, Anar Əliyev soyadını dəyişərək Əlizadə olub.
Qeyd edək ki, bu siyahıda Rövnəq Abdullayev ARDNŞ-dəki qohunlarının bir hissinin adı yer alıb. ARDNŞ-in Təhlükəsizlik İdarəsində, Bakıda və Sumqayıtda yerləşən zavodlarında rəhbər vəzifələri Rövnəq Abdullayevin qohumları tutur.
Hələ bu harasıdır. Rövnəq Abdullayev aşbaz Hənifə dəniz işlərini həvalə edib. Hansı ki, Hənifin neft sahəsindən qətiyyən anlayışı olmayıb. Adamın ömrü boyu yeməkxanalarda yemək bişirməkdən başqa peşəsi olmayıb.
Haqqında: Rövnəq İbrahim oğlu Abdullayev 1965-ci il aprelin 4-də Naxçıvan şəhərində anadan olub.
Rövnəq Abdullayev 1982-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olub. Sonra oxuya bilmədiyi üçün naməlum səbəbdən xaric olunub. 1983-1985-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olan Rövnəq Abdullayev 1985-ci ildə V. V. Kuybışev adına Moskva İnşaat Mühəndisləri İnstitutuna transfer olunub və 1989-cı ildə həmin institutu bitirib.
Rövnəq Abdullayev Məlahət Əliyeva ilə ailəlidir, Rəşad adında oğlu, Sevinc adında isə qızı var. Rövnəq Abdullayevin qaynatası və dayası olan Adəm Əliyev Dubayda qeydiyyatda olan “Bahar Enerji” MMC-nin sahiblərindən biridir.
• Sevinc Abdullayeva — 1992-ci il təvəllüdlü Sevinc Abdullayeva ailəlidir, bir qızı var.
• Rəşad Abdullayev — 1994-cü il təvəllüdlü Rəşad Abdullayev İstanbul şəhərində yaşayır və bizneslə məşğuldur. Bildiyiniz kimi ,yaxın zamanlarda məhşur saat əhvalatında saatı əlindən alınan oğlandır.
Rövnəq Abdullayev 1989–1997-ci illərdə “Neft Daşları” Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) və “28 May” NQÇİ-də, habelə “Xəzərdənizneftqazinşaat” Trestinin inşaat-quraşdırma idarəsində şöbə rəisi, mühəndis və baş mühəndis vəzifələrində çalışıb.
1997-2003-cü illərdə “Xəzərdənizneftqazinşaat” Trestinin müdiri vəzifəsində çalışan Rövnəq Abdullayev 2003-2004-cü illərdə Heydər Əliyev adına Neft Emalı Zavodunun rəhbəri olub. Zavodun keçmiş direktoru Ramiz müəllim və onun sonrakı dövrlərdə naməlum səbəblərdən dünyasını dəyişməsi də yuxarıda izah elədiyim kimi Rövnəq Abdullayevin və himayədarlarının işi kimi izah edilir.
2004-cü ildə “Neftçi” Futbol Klubunun Prezidenti seçilən Rövnəq Abdullayev 2005-ci il noyabrın 6-da baş tutan Azərbaycan Milli Məclisinə III çağırış seçimlərə qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev seçimdə “qalib” gəldi və Milli Məclisin üzvü oldu.
Azərbaycan Prezidenti İlham Əliyevin 10 noyabr 2005-ci il tarixli 1147 nömrəli Sərəncamı ilə Rövnəq Abdullayev ARDNŞ Prezidenti vəzifəsinə təyin edilib. Bu təyinatla o onun üzərində qurulmuş layihənin parlaq nöqtəsinə -pikinə gəldi.
2008-ci il martın 14-də 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilən Rövnəq Abdullayev Neftçi FK-nın Prezidenti vəzifəsindən istefa verdi.
Rövnəq Abdullayev 2010-ci il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə də qatılıb. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev yenə seçimdə “qalib” gəldi.
2012-ci il martın 10-da Rövnəq Abdullayev növbəti dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.
2015-ci il sentyabrın 4-də isə Azərbaycan Cüdo Federasiyasının (ACF) Prezidenti seçilən Rövnəq Abdullayev 2015-ci il noyabrın 1-də baş tutan Azərbaycan Milli Məclisinə V çağırış seçimlərədə qatıldı. 24 saylı Nizami 1-ci dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Rövnəq Abdullayev üçüncü dəfə seçimdə “qalib”i gəlib.
2016-cı il martın 11-də Rövnəq Abdullayev üçüncü dəfə 4 il müddətinə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) Prezidenti seçilib.