Narkoman milyarder- Maskın işçiləri də onunla birlikdə “uyurmuşlar”
“The Wall Street Journal” mənbələrə istinadən yazır ki, “Tesla” və “SpaceX” direktorlar şurasının bəzi üzvləri şirkətin baş direktoru İlon Maskla birlikdə narkotik vasitələrdən istifadə ediblər.
Tacxeber.com xəbər verir ki, şirkət işçiləri bunu Maskın əsəbiləşməməsi və öz qulluq mövqelərini itirməmək üçün ediblər.
Aydın olur ki, Maska məxsus “Tesla” və “SpaceX” şirkətlərinin direktorlar şurasının bir sıra keçmiş və indiki üzvləri sahibkarın narkotik vasitələrdən istifadə etməsindən xəbərdar olublar, lakin bu məsələ ilə bağlı məhkəməyə müraciət etməyiblər.