• 20 Sentyabr 2024 06:30

Putinə böyük hədiyyə olacaq — 500 tank, 40 min hərbçi

 

Rusiya Kupyansk istiqamətində 500-ə yaxın tank, 600-dən çox döyüş maşını və 40 minə yaxın hərbçi yığıb. Məqsəd 2022-ci ilin payızında qovulduqları Xarkov vilayətinin ərazisini geri almaqdır.

Tacxeber.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” yazıb.

“Rusiya 2024-cü ilin mart ayına qədər Donetsk və Luqansk vilayətlərini və Xarkov vilayətinin bir hissəsini Oskol çayına qədər tamamilə ələ keçirməyi planlaşdırır. “Mart ayına qədər” müddəti onunla izah olunur ki, həmin vaxt Rusiyada seçkilər keçiriləcək və Putin özünü yenidən prezident təyin edəcək. Xarkov vilayətinin bir hissəsi Ukraynadakı Rusiya ordusundan seçki günü Putinə hədiyyə olacaq”, – nəşr bildirib.

Tacxeber.com

Oxşar xəbərlər