• 24 Noyabr 2024 05:03

Seçkiləri müşahidə üçün gələn isveçrəli deputatın Azərbaycandan qovulduğu bildirilir

Yevangelist Xalq Partiyasının İsveçrə Milli Şurasındakı üzvü, qeydiyyatdan keçmiş ATƏT müşahidəçisi Nik Quggerin prezident seçkilərini müşahidə etmək üçün gəldiyi Azərbaycana buraxılmadığı bildirilir.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Blick” məlumat yayıb.

 

Bildirilib ki, fevralın 3-də Azərbaycanın paytaxtı Bakıda qalmaqal yaşanıb və isveçrəli siyasətçi ölkədən qovulub.

“Qugger Azərbaycana Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) rəsmi və akkreditə olunmuş seçki müşahidəçisi kimi səfər edib. Onun missiyası qarşıdan gələn prezident seçkilərini müşahidə etmək, həmçinin insan hüquqları pozuntuları barədə məlumat əldə etmək olub”, – nəşr yazır.

Qeyd olunub ki, şənbə gecəsi Bakıya enən kimi onu diplomatik girişdə uniformalı polis əməkdaşları saxlayıb pasportunu müsadirə ediblər və ölkəyə girişinə icazə verməyiblər. İsveçrə nümayəndə heyəti də daxil olmaqla, ATƏT-in digər müşahidəçilərinin isə ölkəyə problemsiz buraxıldığı bildirilir.

“Polis Milli Şura üzvünü Bakı hava limanında üç saata yaxın saxlayıb, çay alıb, sonra İstanbula uçan təyyarəyə mindirib. O, yalnız Türkiyədə pasportunu geri alıb. O, şənbə günü saat 14:00-da (Bakı vaxtı ilə 17:00) Sürixə enib”, – mətbuat orqanının məlumatında deyilir.

Bildirilib ki, hadisə barədə İsveçrənin xarici işlər naziri İqnazio Kassisə məlumat verilib və o, artıq məsələdən xəbərdardır.

Tacxeber.com

Oxşar xəbərlər