• 24 Noyabr 2024 04:25

Rusiyalı kosmonavt orbitdə qaldığı müddətə görə rekord qırdı

Rusiya Federal Kosmik Agentliyi (Roskosmos) kosmonavtlar korpusunun komandiri, kosmonavt Oleq Kononenkonun rəsmi olaraq orbitdə ən çox qalan kosmonavt kimi rekord vurduğunu açıqlayıb.

 

Tacxeber.com TASS-a istinadla xəbər verir ki, 4 fevral 2024-cü il saat 12:30:08-ə olan məlumata görə, rus ekipaj üzvü 2008-ci ildən bəri beş missiya üzrə Beynəlxalq Kosmik Stansiyada 878 gündən çox qalıb.


Beləliklə, o, beş missiya üzrə (1998-ci ildən 2015-ci ilə qədər) kosmosda 878 gün 11 saat 29 dəqiqə 48 saniyə qalan əvvəlki rekordçu rusiyalı kosmonavt Gennadi Padalkanın nailiyyətini üstələyib.

2023-cü ilin sentyabrından Beynəlxalq Kosmik Stansiyada (BKS) olan Kononenko hazırda stansiyada beşinci missiyasını həyata keçirir və 2024-cü ilin sentyabrına qədər orada qalacaq.
Yerə qayıtdığı zaman o, kosmosda 1110 gün (üç ildən bir az çox) keçirmiş olacaq ki, bu da onun kosmosda 1000 gün keçirən ilk insan kimi tarixə düşməyinə imkan verəcək.

Onun 5 iyun Bakı vaxtı ilə saat 01:00:20-də Yerə yaxın kosmosda 1000 gün keçirən ilk insan olacağı gözlənilir. İyun ayında Kononenko həm də kosmosda 60 illik yubileyini qeyd edəcək.

Qeyd edək ki, Oleq Kononenko kosmosa ilk uçuşunu 2008-ci ilin aprelində “Soyuz” TMA-12 kosmik gəmisi ilə həyata keçirib.

Tacxeber.com

Oxşar xəbərlər