• 24 Noyabr 2024 15:55

Cavanşir Paşazadə: “Bizdə də muzdlu əsgərlər ola bilər”

“Əvvəllər də Milli Məclisdə ödəniş əsasında hərbi xidmətdən azad olma ilə bağlı təkliflər səsləndirilib. Bu praktika başqa ölkələrdə var.

Gənclər elmlə, bu və ya digər sahələrlə məşğuldurlarsa, onları ödənişlə hərbi xidmətə göndərmirlər. Azərbaycan Parlamentində belə təklif irəli sürülüb. O demək deyil ki, artıq qanun qəbul olunacaq. Eyni zamanda bu hərbi xidmət modeli ilə yanaşı muzdlu əsgərlərin də olması təklif edildi.

Bilirsiniz ki, dünya hərbi praktikasında muzdlu əsgərlər də var. Məsələn, Rusiya və başqa ölkələrdə… Mənim şəxsi fikrimdir ki, muzdlu əsgərlər bizdə də ola bilər. Düşünürəm, bu, daha uyğundur”. 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Deputat hesab edir ki, bu gün Azərbaycanda hərbi biliyi olan və fiziki gücə malik orta yaşlı insanlar çoxdur: “Onlar müqavilə əsasında hərbidə çalışa bilərlər.

Bununla da gələcəkdə ölkəmizin və onun sərhədlərinin qorunmasında kifayət qədər şəhidlərimiz, qazilərimiz az olacaq. Ailələr az əziyyət çəkəcəklər.

Bilirsiniz ki, yeni texnologiyalar, hərbi sursatlar icad olunur, hər 5-6 aydan bir dəyişilir. Bundan 5 il əvvəl təxris olunan hərbçilər yeni biliklərə malik deyillər. Təbii ki, gənclərimizin hərbi biliyə malik olmaları, Vətəni qorumaları vacib məsələdir.

Hər bir gəncin qəlbində öz vətənini qorumaq hissi ön sırada durmalıdır. Buna ikinci əlavə söz ola bilməz”.

Tacxeber.com

Oxşar xəbərlər