• 24 Noyabr 2024 08:36

“Süleymani İranın nüvə bombasının atası olan dəhşətli adam olub” – Tramp

“İsrail son məqamda Süleymaninin aradan götürülməsində iştirakdan imtina edib…”

 

Netanyahu Süleymaninin aradan götürülməsinə hazırlıqda fəal iştirak edib

 

ABŞ-ın 45-ci prezidenti Donald Tramp İran İnqilabı Keşikçiləri Korpusunun (İİKK) generalı Qasım Süleymaninin aradan götürülməsi üzrə əməliyyata hazırlığın təfərrüatları ilə bölüşüb.

 

 Bu barədə o, “Fox” telekanalına müsahibəsində danışıb.

 

Onun sözlərinə görə, İsrail ayətüllah rejiminin beynəlxalq terrorçu fəaliyyətinə cavabdeh olan İranın yüksək vəzifəli zabitinin aradan götürülməsinə hazırlıqda fəal iştirak edib.

 

O, əlavə edib ki, Netanyahu Süleymaninin öldürülməsinin planlaşdırılmasında mühüm rol oynayıb.

 

“İsrail bunun bir hissəsi olub, Bibi (Binyamin Netanhahu nəzərdə tutulur-red.) bunun böyük hissəsi olub. Hər şey planlaşdırılımışdı”, – Tramp deyib.

 

ABŞ-ın sabiq (həm də, mümkündür ki, gələcək) prezidenti deyib ki, əməliyyatdan iki gün öncə israillilər bunu “bacara bilməyəcəklərini” bəyan edib.

 

Bundan sonra Donald Tramp Amerika qoşunlarının İİKK generalını müstəqil surətdə aradan götürmək qərarına gəlib.

 

Tramp həlak olan İran generalını “dəhşətli işlərdə” və böyük sayda insanların, o cümlədən amerikalı əsgərlərin ölümündə ittiham edib.

 

“Bu, çoxlu ölümlərə səbəbkar olan dəhşətli adam olub. O, İranın nüvə bombasının atası olub”, – Tramp Qasım Süleymaninin aradan götürülməsi barədə qərarı izah edib.

 

Bu təfsilatları Amerikanın sabiq prezidenti nəşrin müxbirinin Co Baydenin yerinə olsaydı İranyönümlü yaraqlıların hücumu nəticəsində üç amerikalı əsgərin öldürülməsinə cavab olaraq nə edəcəyi barədə sualına cavab verərkən açıqlayıb.

 

“Mənim zamanımda bu, baş verməyəcəkdi”, – Tramp əminliyini ifadə edib.

 

Tramp deyib ki, Süleymaninin aradan götürülməsindən sonra anlayıb ki, İran öz simasını qoruyub saxlamaq üçün cavab verməlidir. Və ABŞ prezidenti Tehrana belə imkan verib.

 

Trampın sözlərinə görə, İran nümayəndələri amerikalılara hücum barədə xəbərdarlıq edib və buna cavab verməməyi xahiş edib. “Onlar mənə hörmətlə yanaşırdılar”, – Tramp belə nəticəyə gəlib.

 

Tramp ABŞ-ın indiki prezidentini İranın “İraqı qəsb edən çox zəngin ölkə olmasında” və Tehranın 60 gündən sonra nüvə silahı əldə edəcəyində ittiham edib. (Moderator)

 

Tacxeber.com

Oxşar xəbərlər