“İsrail HƏMAS-ı yarıya qədər zərərsizləşdirib, dayandırmaq niyyətində deyilik”
“İsrail Qəzza zolağında keçirdiyi əməliyyat zamanı radikal HƏMAS hərəkatının silahlı qüvvələrinin yarıdan çoxunu artıq zərərsizləşdirib və tam qələbə qazanana qədər fəaliyyətini dayandırmaq niyyətində deyil”.
Tacxeber.com xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu ordu bazalarından birinə səfəri zamanı bildirib.
Hərbçilərlə ünsiyyətdə olan Netanyahu onların yüksək döyüş ruhunu qeyd edib və Qəzza zolağında qələbənin “artıq yolda” olduğu fikrini bildirib: