Rusiyada azərbaycanlı diaspor sədrinin oğlu dostları ilə havaya atəş açıb – VİDEO
Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasındakı Azərbaycan diasporunun sədri İlham Əhmədovun oğlu Kamal dostları ilə birlikdə Çerkessk küçələrində havaya atəş açıb.
Bu barədə “Shot” teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, gənclər dostunun toyunu qeyd ediblər və havaya avtomatlardan atəş açıblar. Bu hadisədən sonra güc strukturları Azərbaycan diaspor təşkilatı olan “Odlar Yurdu”nda yoxlamalara başlayıb.