• 22 Sentyabr 2024 12:48

Bu ölkədə pedofillər üçün cərrahi cəza təklif edildi

Qazaxıstanda pedofillər üçün cərrahi kastrasiya (axtalama) qanunu təklif edilib.

 

Tacxeber.com “zakon.kz”a istinadla xəbər verir ki, hakim partiya rəsmisi kimyəvi kastrasiyanın kifayət olmadığını bildirib.

 

Belə ki, yeni qanuna əsasən pedofillərin cinsi orqanı kəsiləcək.

 

Deputat Elnur Beysenbayev hökumətin “onurğasız” olduğunu və cərrahi kastrasiyada israr etmədiyi üçün pedofillərə fayda verməyə davam etdiyini söyləyib.

 

“Biz fraksiya adından pedofillərin cərrahi axtalanması ilə bağlı düzəliş verdik. Onlar müxtəlif sözlərlə bunun insan haqları konvensiyasına zidd olduğunu əsaslandırdılar. Avropanın bir çox ölkəsində cərrahi kastrasiya var. Biz demirik ki, bütün pedofillərə kastrasiya tətbiq olunsun. Məhkəmənin seçiminə icazə veririk. Əgər pedofiliya xüsusi qəddarlıqla edilibsə, kastrasiya edilməlidir”.

 

Daxili işlər nazirinin müavini isə cərrahi kastrasiyanın mübahisəli olduğunu vurğulayıb.

 

“Söhbət pedofil cinayətkarların ömürlük həbs edilməsindən gedir, ona görə də o zaman kastrasiya etməyin mənası yoxdur”, – deyə o, bildirib.

Tacxeber.com

Oxşar xəbərlər